Nuray Consulting

Ünvan

Quba şəhəri, Heydər Əliyev pr. "İlqaroğlu" Biznes Mərkəzi

Email

office@nurayconsulting.az

Əlaqə vasitəsi

(+994) 50 350-77-44

(+994) 55 588-33-33

“Nuray Consulting” MMC haqqında

“Nuray Consulting” MMC Sizi salamlayır və veb və social şəbəkə hesablarımızdan istifadə etdiyinizə görə böyük məmnunluq hissi keçirərək öz minnətdarlığını bildirir. “Nuray Consulting” MMC Sizlərə hüquq və digər sahələrdə öz xidmətlərini təklif edir. “Nuray Consulting” MMC həm də müəssisələrin qeydiyyatı, qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi, qeydiyyata alınmış müəssisələrin fəaliyyətinin dayandırılması, onların ləğv edilməsi xidmətlərini də təkilf edir.

“Nuray Consulting” MMC haqqında -

Eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatı və fəaliyyətinin dayandırılması korporativ hüququn əsas tərkib hissələrinə daxildir.

Bu sahədə əldə etdiyimiz təcrübə sayəsində biznesinizin düzgün qurulmasına yardım edib, hər an sizlərə arxa və dəstək olmağa hazırıq.

Ailə-nikah münasibətləri mülki hüquqda kifayət qədər geniş mübahisə yaradan məsələlərdəndir. Ailə həyatı qurmamışdan əvvəl nikah müqaviləsi ilə bağlı maraqlandığınız suallara cavab verə bilərik.

Eləcə də ailə qurduqdan sonra yaranmış mübahisələrlə bağlı sizə dəstək dura bilərik.

Mülkiyyət məsələləri mülki hüququn əsas bölmələrindən biridir.

O cümlədən ev sahibinin vəfat etməsindən sonra mülkiyyətin, yəni miras əmlakın bölüşdürülməsi çətin prosedurlardan biri olub, hüquqşünas dəstəyinə ehtiyac yaradır.

Məhz bu çətinlikləri aradan qaldırmaq üçün “Nuray Consulting” MMC sizlərə öz yardımını göstərə bilər.

Əmək prosesində qarşılaşdığınız problemlər, əmək müqavilələrinin bağlanması, işçilərin sığortalanması, səmərəli əmək şəraitinin yaradılması və s. üzrə istər işçilər, istərsə də işəgötürənlər bizim təcrübəmizdən faydalana bilərlər.

Bundan başqa, yerli və beynəlxalq məhkəmə instansiyalarında təmsilçilik, eləcə də vəkil xidmətinin göstərilməsi “Nuray Consulting” MMC -nin fəaliyyət dairəsinə aiddir.

“Nuray Consulting” MMC sizlərə mühasibatlıq xidmətlərini də təklif edir. Uçotun aparılması, bəyannamələrin verilməsi və digər xidmətlərlə sizlərə yardım edən “Nuray Consulting” MMC daimi üzvlük yolu ilə işlərinizi yoluna qoyacaqdır.

İşlərinizi ştatlı hüquqşünasa və ya mühasibə deyil, bu işdə peşəkar olan ciddi şirkətə, yəni “Nuray Consulting” MMC Şirkətinə həvalə etməklə, həm hüquqi baxımdan, həm də maddi cəhətdən daha mükəmməl qərar verərək özünüzü bir növ sığortalamış olacaqsınız.

Hüquq və mənafeyinizin müdafiəsini öz vəzifəsi hesab edən “Nuray Consulting” MMC yə müraciət etməklə, peşəkar xidmətlərimizdən yararlana bilərsiniz.

Xidmətlərimdə bizi özəl edən daha bir xidmətdə vardır ki, “Nuray Consulting” MMC-nin kollektivi bu sahədə tam mükəmməl şəkildə çalışmaqdadır.

Belə ki, Siz hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan innovativ, müassir standartlara uyğun, ixrac potensiallı və ölkəyə xarici valyuta gətirə biləcək sahibkarlıq fəaliyyəti ilə məşğul olursunuz. Lakin gəlir və ya mənfəət vergisinə ödədiyiniz pul məbləği Sizin üçün çox görünür? Bu zaman “Nuray Consulting” MMC Biznes İdeyanız əsasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Biznes Plan və digər tələb edilən hüquqi sənədləri hazırlayaraq “Startap Şəhadətnaməsi” əldə etməyinizə köməklik göstərə bilər.

“Nuray Consulting” MMC olar biz həm də istənilən maliyyə resurslarının tələblərinə uyğun olaraq Biznes Planların hazırlanması xidmətini də Sizlərə uyğun qiymətə təklif edirik.